Sosium

Bu, kino sənayesinə atılan “çırıq üçlük” deyil…

Rüstəm İbrahimbəyovun senari müəllifliyii ilə 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmi Azərbaycanın xəbər məkanında müzakirələrə səbəb olub. Prezidentin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri bu barədə Facebookdakı səhifəsində xüsusi status yazıb: “Mən çox istərdim ki, hər bir Azərbaycanlı bu yazı ilə tanış olsun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu “məşhur senaristə” münasibət bildirsin…. Çox hörmətli kinorejissor Ayaz Salayevə əsl vətəndaşlıq mövqeyinə görə dərin təşəkkürümü bildirirəm… Əli Həsənov”. Sabiq millət vəkili Alqış Musayev əməkdaşımızlala söhbətində siyasi hakimiyyət tərəfindən gələn reksiyanın gərəkli olduğunu qeyd edib: “Doğrusu,mən adı çəkilən filmə baxmamışam . Onu izləməyə xüsusi bir ehtiyac da yoxdur. Cünki Rüstəm ibrahimbəyovun ümumu olaraq hansı əhvalı-ruhiyyəni təmsil etdiyi gizli deyil. Onun kökləndiyi övqatın bütün parametrləri və bütün xirdalıqları mənə bəllidir. Mən “Qafqaz üçlüyü” filminin qondarma soyqırımın 100 illik yubilyi ərəfəsində ərsəyə gəldiyini də xüsusi vurğulamaq istəməzdim.. Təbii ki,Rüstəm İbrahimbəyovu təsadüfi adam hesab etmək olmaz. O, həmişə məqsədyönlü addımlar atır,konkret hədəfi olan senarılər yazır. “Qafqaz üçlüyü”nu onun kino sənayesinə tulladığı adi “çırıq üçlük”, xalq yazıçısının ədəbi intiharı və ya adi yaramazlıq kimi dəyərləndirmək düzgün olmazdı. Bu bəsit məsələ deyil. Bİldiyimiz kimi, həmişə Azərbaycana qarşı hücumlar bir neçə istiqamətdə aparılır. Əsrlər boyudur ki, tariximiz, coğrafiyamız, milli yaddaşımız,mənəvi psixoloji özəlliklərimiz erməni vandalizminə məruz qalır. Tarixi torpaqlarımızın işğalı və mənimsənilməsi bir -neçə mərhələdən keçib. Əvvəl tariximizi saxtalaşdırıb erməniləşdirirlər. Sonra işğal etdiikıri coğrafiyada Azərbaycan xalqına aid nə varsa, bütün maddi sübutları silib –süpürür, abidələri, faktları məhv edirlər. Üçüncü mərhələdə mili yaddaşımızı blokadaya alırlar ki, tarixi-siyasi coğrafiyamız və o coğrafiyaya qaydış haqqında düşünmək mümkün olmasın. Milli yaddaşı bloklamanın ən effektiv yolu xalqın psixolgiyasını zədələmək, tapdamaqdır. Xalqı aşağılamaq onun psixolagiyasını şökmək, viran qoymaq deməkdir. Xarabaya döndərilmiş mənəviyyat və psixologiya üzərində xalqın tarixi yaddadşını bərpa etmək ya çox çətindir ya d heç ümumiyyətlə mümkün olmur. Rüstəm ibarhimbəyov ağılsız deyl.Şübhəsiz ki,O, bu incəlikləri cox dəqiq bilir. Və bütün bunları bilə-bilə “Qafqaz üçlüyü” kimi əsərlərə imza atmağn heç br halda bəraəti ola bilməz.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir