Ekonomika

Bitkoinin qiyməti düşməkdə davam edir

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti 7 600 dollaradək ucuzlaşıb.

“The Business Times” “Trend”ə istinadən xəbər verir ki,  mütəxəssislər bitkoinin ucuzlaşmaqda davam edəcəyini proqnozlaşdırır.

Belə ki, “CoinMarketCap” portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 3,39% ucuzlaşaraq 7 675 dollar təşkil edib.

Alternativ kriptovalyutaların qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, “Ethereum” 6,38% və ya 598,9 dollaradək, “Ripple” 3,22% (0,617 dollara qədər), “Bitcoin Cash” isə 6,4% (1 026 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 337,02 milyard dollar təşkil edir və bunun 39 faizi bitkoinin payına düşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir