Avto Maraq

Fiat Chrysler 4,8 milyon avtomobili geri çağırır

Fiat Chrysler avtomobil şirkətinin verdiyi məlumatda deyilir ki, kruiz-kontrol (avtomobilin sürətini avtomatik tənzimləyici) funksiyasının söndürülməsi zamanı yaranan narazılıqların artmasından sonra şirkət “Powertrain Control Modules” proqram təminatını yeniləmək üçün 4,8 milyon avtomobili geri çağıracaq.

“The Business Times” AZƏRTAC-a istinadən bildirir ki, texniki nəzarət xidməti əməkdaşı Mark Çernobı proqram yeniləməsinin pulsuz olacağını və şirkətin gələcək həftədən etibarən narahat müştəriləri xəbərdar edəcəyini söyləyib.

Fiat Chrysler avtomobil şirkətinin səhmlərinin elandan sonra 2,9 %-ə düşdüyü bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir