Dünya

“Adam nə qədər “tupoy” olar ki, monopoliyanı ayrıd edə bilməsin?”

Ermənistanda Nikol Paşinyanın hökumət ortağı, “Çiçəklənən Ermənistan” partiyasının lideri, oliqarx Qaqik Tsarukyan onun şirkətlərində aparılan vergi yoxlaması ilə bağlı danışıb.

thebusinesstimes.az virtualaz.org-a istinadən xəbər verir ki, Tsarukyan bu yoxlamaları özünün istədiyini deyib.

“Mən özüm demişəm ki, birinci mənim şirkətlərimdən başlasınlar. Əgər mənim partiyamdan olan nazirlər başqalarından başlasaydılar bu düzgün olmazdı. Yoxlasınlar, nə çatışmırsa nizamlasınlar, sonra öz işlərinə keçsinlər ki, vicdanları təmiz olsun”, – o deyib.

Tsarukyan ona məxsus “Ararat sement” zavodunun Ermənistanda inhisarçı olduğu haqda deyilənlərdən hiddətlənib. Bildirib ki, ölkədə dörd sement zavodunun olduğu, üstəlik Gürcüstan və İrandan sement gətirildiyi bir vaxtda inhisardan danışmaq mümkün deyil. “Adam nə qədər “tupoy” olar ki, monopoliyanı ayrıd edə bilməsin?” -Tsarukyan bildirib.

Qeyd edək ki, Qaqik Tsarukyan özü Ermənistanda “Topoy Qaqo” ləqəbi ilə tanınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir