Dünya

Trampa çağırış ediblər

Amerika maliyyə naziri Stiven Mnuçin ABŞ prezidenti Donald Trampı Kanadanı polad və alüminium üçün tətbiq olunan rüsumdan azad etməyə çağırdı, ABC telekanalı xəbər verir.

thebusinesstimes.az Trend-ə istinadən bildirir ki, telekanalın məlumatına görə, belə bir təkliflə Mnuçin Ağ evdə keçirilən görüş zamanı çıxış etdi. Xatırladaq ki, həmin görüş iqtisadi səhənin aparıcı siyasət nümayəndələri arasında keçirilirdi və iştirakçılar arasında Milli iqtisadi şuranın direktoru Lari Kudlou, ticarət naziri Ulbur Ross, ticarət məsələləri üzrə məsləhətçi Piter Navarro, ABŞ-ın ticari anlaşmalar üzrə rəsmi nümayəndəsi Robert Laytxayzer və Trampın aparat rəhbəri Con Kelli kimi dövlət nümayəndələri iştirak edirdilər.

Mnuçin, ABŞ və Kanadanın polad ticarətində müsbət balansının 2 milyard dollara çatdığını, xidmət sektorunda isə bu rəqəmin təxminən 26 milyard dollar olduğunu xüsusi vurğuladı. Buna görə ABŞ maliyyə nazirinin fikrincə, ABŞ Kanada üçün istisna etməlidir və rüsumun tətbiq edildiyi ölkələr siyahısından onun adını çıxarmalıdır.

May ayının sonunda Vaşinqton, ABŞ-a idxal edilmiş polad və alüminium üçün əlavə rüsum tətbiq etməyə başladı və Avropa, Kanada, Meksika və digər ölkələr üçün bu rəqəm müvafiq olaraq 25% və 10% təşkil etdi. Bir sıra ölkələr artıq ABŞ qərarına qarşı öz fikirlərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir