Ekonomika

Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib

Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiq edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “Torpaq Məcəlləsinin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən, onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə qaydası” təsdiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir