Sosium

Beynəlxalq təşkilatın jurnalist müsabiqəsinin qalibləri kimlərdir?

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Gender probleminin həllində medianın rolunun artırılmasıyla bağlı jurnalistlər arasında elan etdiyi müsabiqə yazılarının qalibləri müəyyənləşib.

Münsiflərin qərarından sonra 1-ci yerə Yeganə Nəbiyeva (http://www.mi-news.az/gender-probleminin-h%C9%99llind%C9%99-medianin-rolu-artirilmalidir-2/ ) və Nəzirə Nurullayeva (“Gender balans” təmin edilərsə, dünya nə qazanacaq? –http://“thebusinesstimes.az” ), 2-ci yerə Fərqanə Vəkilova ( http://businessinsider.az/az/news/id-1267?fbclid=IwAR1Bc7yeurnG2H1_nXAK1gQ_rbZyiIZ74ZZFO53mGn-bmZF4bh13A6PsLWg)Ş 3-cü yerə Rufik İsmayilov  ( http://kaspi.az/az/gender-beraberliyinin-formalasmasinda-medianin-maariflendirici-rolu-fotolar/ ) layiq görülüblər.

Eyni bal (106 bal) topladıqlarına görə bu dəfə 1-ci yerin sahibi 2 jurnalist olub.

Mükafatlandırma mərasimində  GİZ-in “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı layihəsinin rəhbəri Tomas Mayer bildirib ki, gender problemi bütün dünyada həllini tapmamış problemlər sırasındadır. Onun sözlərinə görə, keçirilmiş yazı müsabiqəsinin əsas məqsədi Azərbaycanda gender məsələsinə bir daha diqqət yönəltmək və gender balansının tənzimlənməsində medianın rolunun artırılması olub.

Mərasimin sonunda qaliblərə sertifikatlar təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir