Köhnə NKA-lara əlvida, yeni onlayn kassa aparatları gəlir…

0
30


Vergi orqanları mağaza və ticarət, xidmət obyektlərində kassa çekinin vurulması ilə bağlı nə qədər inzibati yollardan istifadə etsə də, yenə bu sahədə istədiyi nəticələrə nail ola bilmir. Nəticədə kassa aparatlarının işləmədiyi obyektlərdə vergi uçotunu tam müəyyən etmək mümkün olmur, vergidən yayınma halları baş verir. Nazirlik çıxış yolu kimi bu cür halların qarşısının alınmasında rəqəmsal texnologiyalardan istifadəni – onlayn nəzarət-kassa aparatlarının tətbiqini görür. Hazırda mövcud olan nəzarət-kassa aparatlarından nazirliyin sisteminə ötürülən məlumatlar oflayn rejimdə həyata keçirilir. Bu isə zəruri məlumatları tam əldə etməyə imkan vermir. Nazirlik onlayn məlumat ötürmə sistemi vasitəsilə bu sahəyə birbaşa canlı nəzarəti həyata keçirmək istəyir.
Onlayn kassa aparatı Avropa ölkələrində geniş yayılıb və bu avadanlıq fiskal operator vasitəsilə mağazaların nağd, kartlarla və elektron pullarla edilən bütün satış dövriyyəsi haqqında məlumatları ötürür. Məlumatlar vergi orqanlarına qəbzlərin elektron surəti kimi daxil olur və bazada illərlə qorunub saxlanıla bilir. Onlayn kassa aparatı onlayn rejimdə bütün məlumatları vergi orqanının informasiya sisteminə ötürülür ki, bununla da vergi ödəyicilərinin bütün əməliyyatları, satış prosesləri şəffaflığın təmin olunmasına şərait yaradır. Sistem, həmçinin, vergi uçotunu və gəlirlərin daxilolmasını mobil tətbiq vasitəsilə xeyli asanlaşdırır. Elektron qəbzlər elektron ünvana və ya satıcıdan tələb olunan istinada yönləndirilir.
Artıq bununla bağlı hökumət qarşısında irəli sürülmüş təkliflərə uyğun olaraq həmin aparatların quraşdırılmasına dair qərar qəbul edilib. 2019-cu ilin ikinci rübündən etibarən bu kassa aparatlarının qeydiyyatına başlanılacaq. 2023-cü ilə qədər Azərbaycanın bütün ərazilərindəki təsərrüfat subyektlərində onlayn nəzarət-kassa aparatları tətbiq olunacaq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin