Yaponiya Olimpiya Oyunları zamanı ABŞ aviabazasından istifadə etmək istəyir

0
29


Yaponiya hökuməti ABŞ-dan Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya Oyunları zamanı ona məxsus aviabazadan istifadə üçün icazə verməsini xahiş edib.

Yaponiyanın KİV-ləri xəbər verir ki, ABŞ hərbiçiləri Tokionun yaxınlığında yerləşən Yokota aviabazasında mülki reyslərin qəbulunun mümkünlüyünü araşdırırlar.

ABŞ hərbiçilərinin bildirdiyinə görə, Yaponiya hökuməti Olimpiya və Paralimpiya Oyunları zamanı beynəlxalq reyslərin sayının artacağını nəzərə alaraq belə bir xahişlə müraciət edib.

Qeyd edək ki, Yaponiya və ABŞ Yokota aviabazasından həm hərbi, həm də mülki uçuşların həyata keçirilməsini artıq uzun müddətdir ki, müzakirə edirlər. Lakin həmin məsələdə hiss ediləcək irəliləyiş əldə edilməyib. ABŞ hərbiçilərinin qənaətinə görə, belə birgə istifadə operativ hərbi hazırlığa məhdudiyyət yarada bilər.

Hazırda aviabazadan yalnız Olimpiya Oyunları zamanı istifadənin mümkünlüyü araşdırılır. Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının uğurlu təşkilini dəstəklədiklərini qeyd edən ABŞ silahlı qüvvələrinin zabiti, məsələ ilə bağlı qərarın tezliklə qəbul edilməsinə çalışdıqlarını bildirib.

Qeyd edək ki, Tokionun Tama rayonunda yerləşən Yokota aviabazası altı bələdiyyəni əhatə edir. Onun uçuş-enmə zolağının uzunluğu 3350 metr təşkil edir ki, bu da onu Yaponiyadakı ən uzun uçuş-enmə zolaqlarının siyahısına daxil edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin