Virtual maşın nədir?Virtuallaşdırmaya niyə önəm verməliyik?

0
82

Hal hazırda virtuallaşdırma texnologiyası birçox kiçik və böyük infrastruktura malik şirkətlər tərəfindən istifadə olunur və günlər keçdikcə informasiya texnologiyası sahəsində virtuallaşdırma texnologiyaları ilə daha çox qarşılaşırıq. Virtuallaşdırma – mövcud avadanlığın (Serverin) fiziki resurslarının proqram təminatı vasitəsilə bir neçə yerə bölunməsi və bir neçə server (avadanlıq) şəklində istifadə olunmasına deyilir və bu proqram təminatları Hypervisor adlandırılır. Hal hazırda virtuallaşdırma üzrə bir çox proqram təminatları mövcuddur lakin VMware proqram təminatı bu proqramların içində özünəməxsus yer tutur..

Virtullaşdırmanın yaratdığı imkan nəticəsində bir neçə fiziki serverdən istifadə etmək yerinə fiziki resursları yüksək olan bir serverdən istifadə edərək ehtiyacımız olan sistemləri virtuallaşdırma vasitəsilə qura bilərik.Misal üçün 50 ədəd fiziki server üzərində qurulmuş bir sistemi 5 ədəd fiziki server üzərində virtuallaşdırma vasitəsilə qurarsaq bizim üçün nə qədər əlvərişli olacağını qısa olaraq nəzərdən keçirək : Gündəlik elektrik enerjisindən istifadədə böyük qənaət etmiş olarıq, Serverlərin soyutma sistemlərinin təminatında qənaət etmiş olarıq,Serverləri yerləşdirmək üçün daha az yerə ehtiyacımız olar, Serverlərin sayı azaldığı üçün onlara göstərilən xidmət zamanəna qənaət etmiş olarıq,Backup-Recovery həllərimizin daha effektiv və daha sürətli olmasına nail olarıq, Serverlərdə yaranan fiziki problemlərin sistemin fəaliyyətinin dayanmasını minimum endirmiş olarıq və s.
Virtuallaşdırmanın yuxarıda göstərdiyimiz üstünlükləri idarəetmənin asanlaşması, təhlükəsizliyin artması, və maliyyə vəsaitlərinin azaldılmasına xidmət göstərirki və buda çox mühüm amillərdəndir. Oz islərimizi keyfiyyətli şəkildə nə qədər tez və effektiv nəzarətdə saxlaya bilsək digər işlərimizi görmək və planlaşdırmaq üçün o qədər çox vaxtımız qalar. 

Müəllif:Rəşad İbrahimov

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin