Belarus Baş nazirinin müavini: “Azərbaycanda aqrar sektorun inkişafını görürük”

0
10

“Azərbaycana kənd təsərrüfatı sahəsində əməkdaşlıq etdiyinə görə minnətdarıq”.

“Report” xəbər verir ki, bunu Belarusun Baş nazirinin müavini İqor Lyaşenko Bakıda keçirilən 13-cü Azərbaycan Kənd Təsərrüfatı Sərgisinin (Caspian Agro 2019) açılışında deyib.

“Azərbaycanda kənd təsərrüfatı sektorunun, o cümlədən ərzaq təhlükəsizliyi sahəsindəki balanslı inkişaf siyasətini görürük. Azərbaycana kənd təsərrüfatı sektorunu inkişaf etdirdiyinə və ölkəmizlə əməkdaşlığa görə minnətdarıq”, – o bildirib.

Baş nazirinin müavini qeyd edib ki, Belarus bu sərgidə 30 müəssisə ilə təmsil olunur.

“Bu il həmçiun kənd təsərrüfatı texnikasının istehsalı üzrə Azərbaycanla birgə müəssisələr də təqdim edirik”, – İ.Lyaşenko söyləyib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin