Qaxda məhbus daşıyan maşın qəzaya düşüb, iki polis xəsarət alıb

0
11

Qaxda məhbus daşıyan maşın minik avtomobili ilə toqquşub.

ONA-nın məlumatına görə, hadisə Qax-Zaqatala yolunun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Daxili İşlər Nazirliyinə məxsus məhbus daşıyan avtomobil “Mercedes” markalı minik maşını ilə toqquşub. Nəticədə məhbus daşıyan maşında olan iki polis əməkdaşı xəsarət alıb. Onlar Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alan polislər Balakən rayon Polis Şöbəsinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin