Regional İnnovasiya Zonası yaradılır

0
15

Azərbaycan 2020-ci ildən etibarən ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, rəqabətqabiliyyətli və ixracyönlü yüksək texnologiyalar sektorunun inkişaf etdirilməsi, texnoloji məhsulların istehsalı və onların dünya bazarına ixraçı məqsədilə Regional İnnovasiya Zonasını (RİZ) istifadəyə vermək niyyətindədir. Bu layihənin tətbiqi ilə bağlı xarici ölkələrin nüfuzlu şirkətləri ilə, ABŞ-ın aparıcı şirkətlərindən olan “Booz Allen Hamilton”la birgə pilot layihə hazırlanıb. Layihənin texniki detalları və tətbiqi mexanizmi başa çatdırıldıqdan sonra innovasiya zonalarının yaradılmasına başlanılacaq.
Regional innovasiya zonaları çərçivəsində İKT sektoruna aid sahibkarlıq texnoparklarının, elektron avadanlıqların və proqram məhsullarının istehsalı və ixracı üzrə rəqabətqabiliyyətli regional bazarın, xarici ölkələrə geniş elektron xidmətlərin göstərilməsini təmin edən, Qərblə Şərq arasında tranzit informasiya məkanının, həmçinin insan resurslarının inkişafına səbəb olan universitetin yaradılmasını nəzərdə tutulur.
RİZ-in fəaliyyəti əsasən 5 məqsədi özündə ehtiva edir. Əsas başlıca istiqamət kiçik və orta sahibkarlıq subyektlərində texnoloji innovasiyaların tətbiqinin sürətləndirmək, regionda və o cümlədən Azərbaycan iqtisadiyyatının müxtəlif sektorların informasiya texnologiyalarının layihələşdirilməsi və tətbiqi üçün innovasiyalı mühiti təmin etməklə kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaqdan ibarətdir. Layihəyə uyğun olaraq Regional İnformasiya Texnologiyaları Universitetinin yaradılması və milli təşəbbüsünün bir hissəsi olan insan ehtiyatlarının, onların İT bilik və bacarıqlarınin üzə çıxarılması, imkanlarının inkişaf etdirilməsi planlaşdırılır. Həmçinin, beynəlxalq informasiya resursları mərkəzinin təşkili bu layihəyə daxildir.
İKT məhsullarıının ixracı üzrə ixtisaslaşmış “Neuron Texnoloji” şirkətinin rəhbəri İsmayıl Ələkbərov hesab edir ki, yüksək texnoloji məhsulların ixracının stimullaşdırılması, yeni texnologiyaların yaradılması və yayılması üçün müxtəlif stimullaşdırıcı addımar atılmalı, güzəştli ixrac dərəcələri, digər mallarla müqyisədə differensial gömrük-vergi dərəcələri tətbiq olunmalıdır. RİZ layihəsinə yeni sərmayələrin, xüsusilə də birbaşa xarici investisiyaların artımına nail olmaq üçün investisiya mühitinin təkmilləşdirilməsi, bu sahəyə sərmayə qoyan İKT şirkətləri və yerli, regional və qlobal texnoloji şirkətlər üçün az riskli, innovativ və münbit biznes mühiti təmin edilməlidir. Bu cür layihələrin həyata keçirilməsi ölkə iqtisadiyyatında informasiya-kommunikasiya texnologiya-larının xüsusi çəkisinin artırılmasına, xa¬rici və yerli şirkətlərin, eləcə də potensial investorların ölkənin İKT bazarına cəlb edilməsinə, respublikada elektron avadanlıqların istehsalı və ixracı üzrə yeni iş yerlərinin yaradılmasına, ən əsası isə ölkənin ixrac potensialını artırmaqla Azərbaycanın regionun İKT mərkəzinə çevrilməsinə xidmət edəcək. İnnovasiya zonaların yaradılması İKT sektorunun daxil olan gəlirlərin büdcədə həcminin 2-3 dəfə artırılmasına imkan verə bilər.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin