NATO Rusiyanın Arktikada hərbi iştirakının artdığını bəyan edib

0
9

NATO-nun baş katibi Yens Stoltenberq İslandiyanın baş naziri ilə birgə mətbuat konfransı zamanı Rusiyanın Arktikada hərbi iştirakının artdığını bildirib.

“Report” xəbər verir ki, Stoltenberqin çıxışı alyansın saytında dərc olunub.

Onun sözlərinə görə, tərəflər Uzaq Şimaldakı vəziyyəti müzakirə ediblər.

“İdeya həmişə ondan ibarət olub ki, Uzaq Şimalda bizim aramızda gərginlik aşağıdır və biz orada bunun qorunub saxlanılması üzrə işi davam etdirməyə çalışmalıyıq, baxmayaraq ki, burada, Uzaq Şərqdə böyük hərbi iştirakı, xüsusilə də Rusiya potensialını görürük”, – deyə alyansın baş katibi bildirib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin