Əsas səhifə Dünya Dünyada koronavirusa yoluxanların sayı 5 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 5 milyonu ötdü

admin
16 Oxunub

Dünyada koronavirusa yoluxan 1 970 918 nəfər sağalıb, 325 156 nəfər isə virusdan ölüb.

“Report” xəbər verir ki, indiyədək 5 000 599 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (1 528566), Rusiya (308 705) və Braziliyada (271 885) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 151 615 nəfər yoluxub, 4 199 nəfər ölüb. İranda isə 124 603nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 7 119 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, mayın 19-na olan məlumata görə, Azərbaycandaqeydə alınmış yoluxma faktlarının ümumi sayı 3 518-dir. İndiyədək ölkəmizdə 2 198nəfər virusdan sağalsa da, 41 nəfər pandemiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Rəy bildir

five × 4 =