Əsas səhifə Dünya Pakistanda təyyarə qəzasında 107 nəfər ölüb

Pakistanda təyyarə qəzasında 107 nəfər ölüb

admin
13 Oxunub

Pakistanda 99 sərnişini və 8 ekipajı olan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olanların hamısı həlak olub.

“Report” “Sky News”a istinadən xəbər verir ki, bunu Pakistanın Karaçi şəhərinin meri açıqlayıb.


*** 14:15

“Pakistan Hava Yolları” (Pakistan International Airlines) şirkətinə məxsus “Airbus 320” sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Report” “Al Arabiya”ya istinadən xəbər verir ki, qəzaya uğrayan layner ölkənin Karaçi şəhərinin yaxınlığındakı yaşayış evlərinin üzərinə düşüb.

Məlumata görə, Lahor şəhərindən gələn təyyarənin göyərtəsində 95 nəfər olub. “Sky News”un məlumatına görə isə, göyərtədə 107 sərnişin olub. Ölənlərin sayı dəqiqləşdirilir. 

Hadisə yerinə xeyli sayda yanğınsöndürən və təcili yardım briqadaları cəlb olunub.

*** 

Qəzaya uğrayan sərnişin təyyarəsində azı 107 nəfər olub. 

Məlumatı “Al Arabiya” yayıb. 

Təyyarənin göyərtəsində azı 99 sərnişin və 8 ekipaj üzvü olub.

Rəy bildir

sixteen − 14 =