Əsas səhifə MaraqlıDin Azərbaycanda Qurban bayramının nə vaxt qeyd olunacağı açıqlanıb

Azərbaycanda Qurban bayramının nə vaxt qeyd olunacağı açıqlanıb

admin
184 Oxunub

Azərbaycanda Qurban bayramının vaxtı açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, Zilhiccə ayının 10-u bu il Qurban bayramıdır: “Qurban bayramı bu il iyulun 31-i və avqustun 1-nə təsadüf edəcək. Əslində, İslam ölkələrində Qurban bayramı 3 gün qeyd edilir, yəni Zilhiccə ayının 10-u, 11-i və 12-də. Bizdə isə həm Ramazan, həm də Qurban bayramı dövlət səviyyəsində 2 gün bayram edilir”. 

Rəy bildir

7 − seven =