Əsas səhifə Köşə Barsız ağaca bənzəyən sülh danışıqlarından yaxşı məhsul gözləməyə dəyməz

Barsız ağaca bənzəyən sülh danışıqlarından yaxşı məhsul gözləməyə dəyməz

admin
506 Oxunub

Vahid MƏHƏRRƏMOV

Erməni qəsbkarlarının yandırdıqlar ıyurd yerlərimizi gördükcə ürəyimdən qara qanlar axır. Bu qanların qoxusunu duyduqca özüm-özümdən soruşuram ki, axı nəyə görə daşnaklar bizim torpaqlarımızı işğal edib xarabalığa çevirməlidirlər? Məgər biz ermənilərdən acizikmi, qorxağıqmı? YOX, biz ermənilərdən nə acizik, nə də qorxağıq. Bəs görəsən ermənilər sayca bizdən çoxdularmı? Yenə də YOX! Biz sayca ermənilərdən xeyli çoxuq. Yurdumuzu viran qoymuş ermənilərin ordusu güclüdürmü? YOX! Qətiyyən YOX! Bizim ordumuz ermənilərin ordusundan qat-qat güclüdür. Uğurlu islahatlar fonunda daim inkişafda olan Azərbaycan Ordusu gücünə görə dünya orduları sıralarında 50-ci yerdədi.Düşmən ordusu bu siyahının axırlarındadı.

Ordumuz gücünü 2016-cı ilin aprel, 2020-ci il iyulTovuz döyüşlərində göstərdi. Düşmən zabit və əsgərlərimizin igidliyi, qəhrəmanlığı qarşısında məğlub duruma düşdü. Bəs onda nədən işlər bizim üçün belə gözlənilməz bir məcraya gəlib çıxıb, torpaqlarımız işğala məruz qalıb? Bəlkə silahımız azdı? YOX, yenə də YOX! Ordumuzun istifadəsində olan ən müasir silahları ermənilər yüz ildə bundan sonra yatsalar heç yuxularında da görməyəcəklər. Maşallah, Müdafiə Sənayesi Nazirliyi dəbir ucdan müasir silahlar istehsal edib ordumuzun sərəncamına göndərir. Hərbçilərimiz də bu silahlardan bacarıqla istifadə edərək düşmənə növbənöv odlu-alovlu mərmilər göndərirlər.

ATƏT-in uzandıqca uzanan səmərəsiz sülh danışıqları torpaqlarımızın dinc yolla qaytarılmasına ümid qığılcımı vermir. Ləngərli görüşlər, küskün təmaslar, tənbəl yerişlər göstərir ki,indən sonra 30 ildə danışıqlar aparılsa bizim üçün müsbət nəticə olmayacaq. Danışıqlardan aydınca görünən budur ki, ermənilər müharibə yolu ələ keçirdikləri torpaqlarımızı dincliklə verməyəcəklər. Əgər daşnakların torpaqlarımızı qaytarmaq fikirləri olsaydı, bu addımı çoxdan atardılar də. Atmayıblarsa, deməli fikirləri yoxdu, yalandan ora-bura burcudurlar. Fikirləri yoxdursa, heç vaxt bizim 28 ildən bəri gözlədiyimiz bu zəruridən zəruri addımı atmayacaqlar. Görünən odur ki, ermənilər bu torpaqları qaytarmaq üçün yox, mənimsəmək üçün zəbt ediblər. ATƏT-in sülh danışıqları tələm-tələksiz əkilmişköksüz və barsız ağaca bənzəyir. Belə barsız ağaca illərlə ha qulluq elə, ha su ver, ha peyin ver heç nə bitməyəcək. Barsız ağaca bənzəyən sülh danışıqlarından isə nəsə yaxşı bir məhsul gözləməyə dəyməz. Çıxış yolu yalnız ermənilərlə vuruşmaqdadı.

Xəritəyə baxanda görürük ki, ermənilər Gürcüstanla, İranla, Türkiyə ilə də qonşudurlar. Gəlin papaqlarımızı qabağımıza qoyub yaxşı-yaxşı fikirləşək, ərinmədən hərtərəfli götür-qoy edək, görək daşnaklar bizdən başqa bu ölkələrin hansından torpaq ala bilər? İranın beş-üç evlik bir kəndinə hucum edərmi? Gürcüstanın iki-üç kilometr torpağına girərmi? Türkiyənin daşlı-qayalı kiçik sahəsinə ayaq basamı? Çətin ki, ermənilər bunu etsinlər. Çünki qəsbkarlar gözəl bilirlər ki, belə bir addım atsalar, həmin ölkələrin orduları onları bir göz qırpımında məhv edib küllərini dənizə sovurar. Daşnaklar bundan qorxduqlarındanrisk edib bu addımı atmırlar. Nədənsə, qonşuların içində ermənilər yalnız bizi zəif güman ebib üstümüzə hücum çəkir, yalnız bizdən torpaq qoparmağa çalışırlar. Görəsən, nəyə görə ermənilərin ancaq və ancaq bizi gözü yeyir? Yalnız bizim əraziləri əlimizdən alıb yurdumuza sahib çıxmaq istəyirlər? Yəqin ki, bu illər ərzində biz gücümüzü erməni qəsbkarlarına yaxşıca göstərə bilməmişik, qulaqlarını möhkəmdən burmaq istəməmişik, donqar burunlarını əzməmişik, kor olası gözlərini oymamışıq, arzularını gözlərində qoymamşıq.

Həmişə düşmənlərimizə yazığımız gəlib. Onları öldürməkdə zəiflik göstərmişik. Bu da sonralar başımızın bəlasına çevrilib. “Dədə Qorqud” filmində görmüşük ki, döyüş zamanı atasının vurub yerə sərdiyi düşməni öldürməyə Tural acizlik göstərir. Qılıncını sıyırsa da Alp Aruzun başını kəsmir. Düşmən isə dikəlib onu oxla kürəyindən vurur. Əgər Qazan xanın oğlu düşməninin başını kəssəydi,özü də sağ qalardi, atası da. Gözəl bir deyim var: ən yaxşı düşmən ölü düşməndir.

Deyirlər ki, ilan ulduz görməyincə ölmür. Erməni də ilan kimi bir şeyidir, hələ bəlkə də ondan səfehdir. Belə çıxır ki, əgər düşmən gücümüzü görməsətorpaqlarımızı qaytarmayacaq. Daşnaklara olan humanstliyimizi bir tərəfə atıb silahımızdan yapışmalı və vuruşmalıyıq.

Yazdıqlarım müharibəyə çağırış kimi səslənməsin. Onsuz da illərdir müharibə şəraitində yaşayırıq.İslanmışın yağışdan qorxusu olmadığı kimi, bizim də döyüşdən çəkinəcəyimiz yoxdu. Atəşkəs nə sülh, nə də müharibənin bitməsi deməkdir. İllər dəmiryolu stansiyaları kimi ötüb arxada qalır. Qatarsa zamana-filana baxmadançay suları kimi axıb gedir. Gözlədiyimiz bəsdi, ora-burasına babat əl gəzdiribzamanı xeyrimizə dəyişməyin vaxtıdı.Ordumuzgüclüdür, torpaqlarımızı işğalçılarından azad etməyə qadirdir. ATƏT-in tükənməyən lay-layında, BMT-nin kuş-kuşunda uyuduğumuz yetər. Haydı düşmən üzərinə, haydı torpaqlarımızı işğaldan azad etməyə! Qarşıda bizi zəfərlər gözləyir!Adi zəfərlər yox, ha, tarixin səhifələrinə böyük hərflərlə yazılacaq zəfərlər!

Rəy bildir

19 + two =