Əsas səhifə Dağlıq Qarabağ Ermənilərin Qarabağda döyüşən keçmiş polis rəisi məhv edilib

Ermənilərin Qarabağda döyüşən keçmiş polis rəisi məhv edilib

admin
39 Oxunub

Azərbaycan ordusunun işğal altında olan torpaqlarında keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Ermənistan parlamentinin keçmiş deputatı David Matevosyan məhv edilib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə onun qızı Ermine Matevosyan bildirib.

Bildirilib ki, o, 1995-1999-cu illərdə deputat olub. D. Matevosyan 1991-1995-ci illərdə Ermənistanın Meğri rayonunun Daxili İşlər İdarəsinin rəisi işləyib. David Matevosyan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın tərəfdarlarından, birinci Qarabağ müharibəsinin iştikaçı olub. Matevosyan 2008-ci ildə o vaxtkı prezidentliyə namizəd Ter-Petrosyanının seçki qərargahına rəhbərlik edib. Həmin ilin martında prezident seçkisinin nəticələrinə etiraz aksiyasına qatılıb. 3 il müddətinə azadlıqdan məhrum olunub.

Rəy bildir

3 × two =