Əsas səhifə Cəmiyyət Onlayn maarifləndirici dəyirmi masa keçirilib

Onlayn maarifləndirici dəyirmi masa keçirilib

admin
51 Oxunub

7 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq- Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Tütün və spirtli içkilərin sağlamlığa mənfi təsiri” onlayn maarifləndirici dəyirmi masa keçirilib.

“Tütün və spirtli içkilərin sağlamlığa mənfi təsiri” onlayn maarifləndirici dəyirmi masanın məqsədi orta məktəb şagirdlərinin, dərnək üzvlərinin tütün və spirtli içkilərin sağlamlığa mənfi təsiri haqqında maarifləndirilməsi, bunların insan orqanizminə mənfi təsirinin öyrənilməsi, uşaq və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, bu sahədə təbliğatın gücləndirilməsindən ibarətdir.

“Tütün və spirtli içkilərin sağlamlığa mənfi təsiri” onlayn maarifləndirmə tədbiri 2 yaş qrupu üzrə (10-12, 12-14 yaş qrupları) dərnək üzvləri və məktəblilər arasında keçirilib. 

Maarifləndirici dəyirmi masanın ekspert heyyətində Səidə Xanməmmədova – Tibb Universitetinin dosenti, İradə Məmmədova – Bakı Dövlət Universitetinin “İnkişaf” Respublika Elmi-Parktik Mərkəzinin elmi işçisi psixoloq, Aysel Musayeva – Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə kominikasiya şöbəsinin psixoloqu təmsil olunub.

Tədbirdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, dərnək rəhbərləri, məktəblilər və dərnək üzvləri olmaqla 70 nəfər iştirak edib.

Rəy bildir

18 + 20 =