Əsas səhifə Siyasət Azərbaycan növbəti dəfə insani dəyərlərə sadiqliyini nümayiş etdirdi – Türkiyə hökuməti

Azərbaycan növbəti dəfə insani dəyərlərə sadiqliyini nümayiş etdirdi – Türkiyə hökuməti

admin
34 Oxunub

Ermənistana Kəlbəcəri boşaltmaq üçün əlavə 10 gün vaxt verməklə Azərbaycan növbəti dəfə insani dəyərlərə sadiqliyini nümayiş etdirdi.

Bu barədə Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, Ankara əvvəlki kimi qardaş Azərbaycanı və onun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə bütün addımlarını dəstəkləyir.

Xatırladaq ki, Ermənistan tərəfi Rusiya vasitəsilə Kəlbəcərdən çıxmaq məqsədilə vaxtın uzadılması üçün müraciət edib. Buna görə də Azərbaycan tərəfi humanizmdən çıxış edərək Ermənistanın Kəlbəcəri noyabrın 25-dək təhvil verməsinə razılıq verib.

Rəy bildir

14 − ten =