Əsas səhifə Analitika Yalanın qurbanı olmuş Ermənistan cəmiyyəti yalan danışanları linç edir

Yalanın qurbanı olmuş Ermənistan cəmiyyəti yalan danışanları linç edir

admin
34 Oxunub

Ermənistanda noyabrın 10-dan başlanan hakimiyyət böhranı davam edir. Paşinyan hakimiyyətinin müharibədə məğlubiyyətinə, kapitulyasiya bəyanatına imzaatmasına etiraz olaraq başlanan aksiyalar fonunda hökumətdə təmsil olunan yüksəkranqlı məmurlar ard-arda istefa verirlər. İstefa dalğası hakimiyyətin bütün qollarını və strukturlarını əhatə edir. Son olaraq president Armen Sarqisyan böhrandan çıxmaq üçün hökuməti və parlamenti növbədənkənar seçkilərə hazırlaşmağa çağırıb.

Prosesin gedişində diqqətçəkən xüsusi bir məqam da var: istefa verənlərin sırasında ayrı-ayrı strukturların ictimaiyyətlə əlaqələrə məsul olan şəxsləri üstünlük təşkil edirlər. Hərbi əməliyyatlar dövründə ictimaiyyət qarşısına çıxan, müharibənin gedişi,  hərbi əməliyyatların durumu, Ermənistan ordusunun “qələbələri” barədə açıqlamalar verən şəxslər daha çox linç edilirlər, istefa verənlərin əksəriyyəti də bu qəbildən olanlardırlar. Yəni, o şəxslərki, publika qarşısında olublar, hərbi əməliyyatlar, Ermənistanın “qələbələri” barədə uydurma, yalançı məlumatlar veriblər, cəmiyyəti aldadıblar, cəmiyyətdə qələbələr barədə yalançı arxayınçılıq yaradıblar,  bu gün hədəfdə olanlar sırasında üstünlük təşkil edirlər. Bu sırada Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovannisyanın noyabrın 9-da vəzifəsindən istefaverməsi ciddi nümunədir. Hovannisyan Faceboook səhifəsində yaydığı statusunda uzun müddət yalan danışdığını etiraf edib. Bunun günahını isə Müdafiə Nazirliyinin üzərinə yıxıb. Mövcud vəziyyətə, təqdim etdiyi yalan xəbərlərə görə təəssüfləndiyini qeyd edən, üzr istəyən sabiq sözçü ölkə ictimaiyyətinə açıqladığı bütün yalan xəbərlərin Ermənistan silahlı qüvvələrinin baş Qərargahı və “müdafiə ordusu” tərəfindən təqdim edildiyini vurğulayıb.

Sırada Ermənistan xarici işlər naziri ZoqrabMnatsakanyan da var. Ermənistan KİV-I məlumat yayıb ki, onun istefa ərizəsi internetdə yayılıb. Nazirin istefa xəbərini Paşinyan parlamentdə çıxışı zamanı elan etmişdi. Mnatsakanyan Ermənistanın “diplomatic uğurları” barədəçoxsaylı açıqlamalar vermiş, qələbənin Ermənistan tərəfində olacağını vəd vermişdi.

Təbii ki, yalançıların sırasında ön cərgədə baş nazir Nikol Paşinyan dayanır. 12 noyabr tarixli etiraz aksiyasının iştirakçı, ixtisasca dirijor olan Vahe Eğoyan BBC əməkdaşına verdiyi açıqlamada Ermənistan cəmiyyətinin acılarını lakonik şəkildə ifadə edib:  “Kaş o, əsl vəziyyəti açıqlayaydı… Ancaq təbliğat əks istiqamətdə işləyirdi: bizə hər zamandeyirlilər ki, hər şey yaxşıdır, hər şey normaldır. Ən azı, deyə bilərdilər ki, vəziyyət nəzarət altında olsa da, çətinliklərimiz mövcuddur. Ermənilər nə baş verdiyini anlamırdılar, biz yalan xəbərlər fonunda qələbə ovqatında idik”.

Yalan xəbərlərin yayılmasına görəErmənistan KİV-ləri də məsuliyyət daşıyırlar və cəmiyyətin hədəfinə çevriliblər. Sentyabrın 27-dən elan edilmiş hərbi vəziyyət fonunda alternative informasiya mənbələri məhdudlaşdırılmış, əsas informasiyayayıcısı rolunu Ermənistan KİV-ləri oynamışdılar. Bu baxımdan “Ermənistanın uğurları”  barədə yalan xəbərlər daha çox ənənəvi  KİV-lərdə tirajlanıb, cəmiyyətdə çaşqınlıq yaradıb. Yalan xəbərlər fonunda Ermənistan cəmiyyətində eyforiya o həddə çatıb ki,  noyabrın 10-da Ermənistanın kapitulyasiya bəyanatına imza atması barədə informsiya yayan “Azadlıq” Radisonun İrəvan bürosu basqına məruz qaldı. Cəimyyət elə bilirdi ki, “Azadlıq” Radiosu yalan yazır, “Ermənistan kapitulyasiyaya imzaatacaq durumda deyil”. Hansıki, yalan xəbərləri Ermənistan KİV-ləri yayır, cəmiyyəti yalançı qələbələrlə ruhlandırırdılar. Həqiqətlərin üzə çıxmasından, KİV-in yalan məlumatları ilə aldadıldığını anladıqdan sonra,  Ermənistan cəmiyyəti dövlət strukturları kimi, Ermənistan KİV-lərinə də etmadıslıq göstərir, KİV üzərinə basqılar edir.

Amma KİV öz yalanlarını “sığortalayıb”, qeyri-dəqiq məlumatları Paşinyanın təlimatları və təhdidləri altında yazdığını bəyan edib. Ermənistan Jurnalistlər Birliyinin sədri Satik Seyranyan bəynat yayaraq bildirib ki, Ermənistan KİV-ləri 27 sentyabrdan başlanan hərbi əməliyyatlar dövründə  “yalan yazmağa məcbur edilib”.  Bəyanatdan bəlli olur ki, baş nazir Nikol Paşinyan hərbi vəziyyəti fürsət bilərək, medianın fəaliyyətinin birdəfəlik məhdudlaşdırılması üçün çoxdan hazırladığı proqramın tətbiq edilməsinə çalışıb. Yəni, mediaya tətbiq edilən məhdudiyyətlər hərbi vəziyyət dövrünün standartlarını aşıb keçib.

Ermənistan baş naziri hərbi vəziyyət haqqında qanuna yeni əlavə və dəyişikliklər edilməsini təklif verib. Yeni dəyişikliklər hərbi vəziyyət dönəmində hərbi fəaliyyətlərlə bağlı informasiya verilməsini məhdudlaşdırmaqla yanaşı, həm də hərbi vəziyyət dönəmində dövlət qurumlarının, məmurların, hətta yerli özünüidarəetmə qurumlarının fəaliyyətinin tənqid edilməsini yasaqlayır. Bir sözlə, medianın fəaliyyəti flic edilir.

Digər məqam bundan ibarətdir ki, dünya praktikasına ziddo laraq, yeni qanunun tələblərinin pozulması ilə bağlı vəziyyətə nəzarət etmək səlahiyyəti  polisəverilir. Polis qanunun tələblərinin pozulduğunu müəyyən edərkən cərimə tərtib etmək; materialın silinməsini tələb etmək, həmçinin, KİV qurumunun fəaiyyətini dayandırmaq səlahiyyətinə malik olur.

Üçüncüsü isə, yeni dəyişikliklərin parlamentdə təsdiqi gözlənilmədən tətbiqinə başlanılıb: “Oktyabrın 10-da üç polis məmuru erməni ordusuna “təhdid” sayılan məqaləni dərc etdiyinə görə KİV qurumlarından birinin redaksiyasına gələrək 700.000 AMD (1200 €) cəriməkəsib”.

Bu  təhdid və qorxu xofu altında Ermənistan KİV-I yalnız yalan məlumatlar yayıb, Ermənistan cəmiyyətini yalançı qələbə ovqatına kökləyib. Bu baxımdan 10 noyabr bəyanatı, Rusiya Federasiyası vəAzərbaycan Prezidentləri, o cümlədən Ermənistan baş naziri arasında imzalanmış sənəd (hansıki, mahiyyətcə Ermənistanın kapitulyasiyasını ehtiva edir) Ermənistanda şok effekti yaradıb. İndi Ermənistan cəmiyyəti yalan yazanlardan, yalan danışanlardan və onları yalan yazmağa məcbur edənlərdən hesab sorur, bunun fonunda böhran yaranır.

Müşfiq Ələsgərli

Rəy bildir

5 × two =