Əsas səhifə Cəmiyyət Media kapitanlarından Baş nazirə, Prezidentin köməkçisi və Mətbuat Şurasının rəhbərinə birgə müraciət

Media kapitanlarından Baş nazirə, Prezidentin köməkçisi və Mətbuat Şurasının rəhbərinə birgə müraciət

admin
173 Oxunub

Ölkədə nəşr olunan bir sıra qəzetlərin rəhbərləri birgə müraciət imzalayıblar. Müraciət Azərbaycan Respublikasının Baş naziri, Operativ Qərargahın rəhbəri  Əli Əsədova, Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Operativ Qərargahın üzvü  Hikmət Hacıyevə, Azərbaycan Respublikası Mətbuat Şurasının sədri Əflatun Amaşova ünvanlanıb.

Müraciətdə aşağıdakılar qeyd edilib:

Azərbaycan Mətbuatı hər zaman dövlətimizin və dövlətçiliyimizin yanında olub. Ölkə rəhbərliyinin koronavirus pandemiyasına qarşı mübarizədə qabaqlayıcı tədbirlərin görülməsinə dair Nazirlər Kabineti yanında Operativ Qərargahın 08 dekabr 2020-ci il tarixdə verdiyi xüsusi karantin rejiminin sərtləşdirilməsinə dair qərarını dəstəkləyirik. Mövcud pandemiya ilə mübarizə şəraitində KİV-in fəaliyyətinin əhəmiyyəti danılmazdır və bu işdə mətbuat olaraq üzərimizə düşən vəzifəni yerinə yetirməyə hazırıq.

Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın bu qərarı mətbuatın fəaliyyətinə icazə versə də, qəzetlərin yayımına müəyyən çətinliklər yaradır. Belə ki, qəzetlərin satışı üçün nəzərdə tutulmuş köşklərin aqibətinə aydınlıq gətirilmir. Olduqca vacib bir sahənin fəaliyyət mexanizminə kifayət qədər diqqət yetirilmir. Nəticədə qəzetlər nəşr olunur, lakin onların satış məntəqələri bağlı olduğu üçün anbarlarda qalmalı olur.

Bu halda onsuz da çətin durumda olan çap mediasi iflic vəziyyətə düşür. Qəzet köşklərində yoluxma riskinin demək olar ki, olmadığını nəzərə alaraq, Operativ Qərargahın mətbuatla bağlı qərarına yenidən baxması, qəzetlərin satışı üçün şərait yaradılması ümumi məqsədimizə xidmət edərdi. Bununla həm pandemiya dövründə əhalinin marifləndiməsi işi operativ aparılar, həm də qəzetlər və qəzet satışı ilə məşğul olan firmalar mövcud vəziyyətdən minimum itki ilə çıxmış olarlar.

Hörmətlə,

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu

“Press əks-səda” qəzetinin baş redaktoru Süleyman Abdullayev

“Hüriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov

“The Busines Times” qəzetinin baş redaktoru Nəzirə Nurullayeva

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev

“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova

“Bukmeker” qəzetinin baş redaktoru Cəsur Məmmədov

“KATV1” qəzetinin baş redaktoru Hacı Əhmədov

“Nedelya” qəzetinin baş redaktoru Saimat Balamatova

“Birja yenilikləri” qəzetinin baş redaktoru Əli İbrahimov

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay

“Metro Skanvord” qəzetinin baş redaktoru Bəkir Cəfərov

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli

“Unikal” qəzetinin baş redaktoru Zaur Əhməd

“Azad Azərbaycan” qəzetinin baş redaktoru Asəf Abbasov

“Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı

“Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanov

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal

Rəy bildir

eight + five =