Əsas səhifə Cəmiyyət Agentlik direktoru çap mediasının inkişafı üçün görüləcək işləri açıqlayıb

Agentlik direktoru çap mediasının inkişafı üçün görüləcək işləri açıqlayıb

admin
22 Oxunub

“Digər media növləri ilə müqayisədə onlayn medianın inkişaf etməsi bütün dünyada müşahidə olunan bir tendensiyadır. Azərbaycan media məkanında da belə bir tendensiya artıq mövcuddur”.

Thebusinesstimes.az “Report” –a istinadən xəbər verir ki, bunu yeni yaradılan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib.

“İstər çap mediası, istərsə də audiovizual media da artıq onlayn medianın təsirinə məruz qalmaqdadır. Bu baxımdan çap mediasına olacaq köməkliyimiz texniki dəstək layihələri və yayımın təşkilinə köməklik göstərilməsi formasında olmalıdır. Düşünürük ki, yayım şirkətləri ilə birlikdə bu məsələləri müzakirə etməliyik. Media subyektləri, yayım şirkətləri və Medianın İnkişafı Agentliyi birlikdə müzakirələr aparmalıdır. Həmçinin mexanizmin effektivliyinin artırıması yolları araşdırılmalıdır”, – o bildirib.

“Media haqqında” yeni qanun layihəsinin hazırlanması, müzakirəyə çıxarılması və qəbul edilməsindən sonra həmin qanundan irəli gələn yeni funksiyalar, istiqamətlər müəyyən olunacaq” – deyən Ə.İsmayılov bildirib ki, Agentliyin nizamnaməsində onlayn media, çap mediası və audiovizual media işinin qurulması və onların inkişafına nail olunması istiqamətində görüləsi işlərin konturlarını, çərçivəsini görə bilirik. “Qarşıda bizi yeni qanunun müzakirəsi və qəbulundan sonra yeni işlər gözləməlidir”, – o bildirib.

Rəy bildir

sixteen − 6 =