Əsas səhifə Cəmiyyət Uşaqlarda COVID-19-un “Britaniya ştammı”nın simptomları aşkar olundu

Uşaqlarda COVID-19-un “Britaniya ştammı”nın simptomları aşkar olundu

admin
17 Oxunub

Koronavirusun “Britaniya ştammı” uşaqlarda özünü fərqli simptomlarla göstərir.

Thebusinesstimes.az  xəbər verir ki, alimlər bu barədə məlumat yayıblar.

Məlumatda bildirilir ki, yoluxmuş uşaqların yarısından çoxu yorğunluqdan əziyyət çəkir, bir çoxu özünə qapanır.

Körpələrdə xəstəlik özünü isteriya və ağlamaqla göstərir.

Bundan başqa, koronavirusun “Britaniya ştammı”na yoluxan uşaqlar baş ağrısından şikayətlənib.

Bəziləri eyni zamanda qarın ağrısından da əziyyət çəkib.

Yoluxmuş uşaqların demək olar ki, yarısında 37 dərəcədən yuxarı temperatur olub.

Mütəxəssislərin fikrincə, boğaz ağrısı da bədəndə infeksiya olduğunu göstərə bilər.

Bundan əlavə, bir yaşınadək körpələrin təxminən 35 faizi iştahsızlıqdan əziyyət çəkir.

Rəy bildir

one + 13 =