Əsas səhifə İdman AVRO-2023: Millimizin rəqibləri bəlli oldu

AVRO-2023: Millimizin rəqibləri bəlli oldu

admin
69 Oxunub

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2023-cü ildə Rumıniya və Gürcüstanda təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

“Report”un məlumatına görə, İsveçrənin Nyon şəhərində onlayn formatda təşkil olunan tədbirdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.

Milan Obradoviçin başçılıq etdiyi komanda Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya seçmələri ilə birlikdə A qrupunda mübarizə aparacaq.

A qrupu: AZƏRBAYCAN, Xorvatiya, Avstriya, Norveç, Finlandiya, Estoniya

B qrupu: Latviya, Macarıstan, San Marino, İsrail, Polşa,

C qrupu: Litva, Malta, Şimali İrlandiya, Slovakiya, Rusiya

D qrupu: Kipr, Lixtenşteyn, Belarus, Yunanıstan İslandiya

E qrupu: Moldova, Cəbəllütariq, Uels

F qrupu: Monteneqro, Lüksemburq, Bosniya və Herseqovina

G qrupu: Kosovo, Andorra, Albaniya

H qrupu: Farer adaları, Ermənistan, Şimali Makedoniya

I qrupu: Qazaxıstan, Şotlandiya

Seçmə mərhələnin oyunları bu ilin martında başlayacaq və 2022-ci ilin iyununda başa çatacaq.

Qeyd edək ki, Azərbaycan yığması AVRO-2021-in seçmə mərhələsinin 2-ci qrupunu 6 xalla 6 komanda arasında 5-ci pillədə bitirib.

Rəy bildir

eleven + sixteen =