Əsas səhifə İdman Teymur Rəcəbov bu günfinal üçün mübarizə aparacaq

Teymur Rəcəbov bu günfinal üçün mübarizə aparacaq

admin
55 Oxunub

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün növbəti görüşlərini keçirəcək.

Thebusinesstimes.az xəbər verir ki, 34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli Sonun müqavimətini qırmağa çalışacaq.

İlk oyun günündə rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Rəcəbov finala vəsiqə qazanmaq üçün ilk növbədə, bugünkü 4 qarşılaşmanın yekununda qalib olmalıdır. Daha sonra o, tay-breyk və ya armageddon qələbə ilə ayrılmalıdır.

Yarımfinalın digər cütündə isə norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək. İki şahmatçı arasındakı ilk oyun günündən sonra hesab Karlsenin xeyrinədir – 2,5:0,5.

Qeyd edək ki, Teymur Rəcəbov 1/4 finalda niderlandlı Aniş Girini, Uesli So isə polşalı Yan Kşiştof Dudanı mübarizədən kənarlaşdırıb.

Turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.

“Opera Euro Rapid”

Yarımfinal, ilk görüşlər

Uesli So (ABŞ) – Teymur Rəcəbov (AZƏRBAYCAN) – 2,5:1,5

Maqnus Karlsen (Norveç) – Maksim Vaşye-Laqrav (Fransa) – 2,5:0,5

Rəy bildir

5 × five =