Əsas səhifə Cəmiyyət Sabah Bakıda şaxta olacaq, sulu qar, qar yağacaq

Sabah Bakıda şaxta olacaq, sulu qar, qar yağacaq

admin
73 Oxunub

Sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə sulu qar, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 0 dərəcəyə yaxın, bəzi yerlərdə 1 dərəcə şaxta, gündüz 2 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Fevralın 18-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 18-də Abşeron yarımadasında güclü küləkli və yağıntılı hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Rəy bildir

3 × two =