Əsas səhifə Cəmiyyət “Fəxri Xiyabana layiq bilsələr, orada dəfn ediləcək” – Xalq artistinin oğlu

“Fəxri Xiyabana layiq bilsələr, orada dəfn ediləcək” – Xalq artistinin oğlu

admin
48 Oxunub

“Əgər Yalçın Rzazadəni Fəxri Xiyabana layiq bilsələr, orada dəfn ediləcək. Layiq görməsələr biz planlaşdırdığımız yerdə dəfn edəcəyik” .

Thebusinesstimes.az  xəbər verir ki, bu sözləri musavat.com-a Xalq artistinin oğlu Orxan Rzazadə deyib.

O bildirib ki, Mədəniyyət Nazirliyindən cavab gözləyirlər:

“Bir-iki qəbristanlıq planda var. Məsləhət edib, harada dəfn edilməsini dəqiqləşdirəcəyik. Mədəniyyət Nazirliyinə müraciət edilib, cavab gözləyirik. Digər tərəfdən müraciət etməyə də ehtiyac yoxdur. Bütün Azərbaycan xalqı bilir ki, Yalçın Rzazadə rəhmətə gedib”.

Qeyd edək ki, Yalçın Rzazadə ötən gün axşam saatlarında 75 yaşında dünyasını dəyişib.

Rəy bildir

twelve − nine =