Əsas səhifə Siyasət “Onlar müsəlman ölkələri ilə dost ola bilməz” – İlham Əliyev

“Onlar müsəlman ölkələri ilə dost ola bilməz” – İlham Əliyev

admin
40 Oxunub

“Ağdam şəhərinin görüntüləri hamımız üçün çox ağrılıdır. Bütün dünya bunu görməlidir”. Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Onun sözlərinə görə, Ağdam Cümə məscidində donuz, inək saxlanması Ermənistan tərəfindən bütün müsəlman aləminə edilən təhqirdir:

“Bu təhqiri edənlər bu gün Ermənistan siyasi müstəvisində də özləri üçün yer tapmaq istəyirlər. Keçmiş Ermənistan rəhbəri Koçaryanın dağılmış və üzərində təhqiramiz ifadələr olan Ağdam Cümə məscidinin qarşısında şəkilləri var. Mən beynəlxalq tədbirlərdə qeyd edirdim ki, bu cinayəti törədənlər, İslam müqəddəslərinin təhqirini özünə rəva bilənlər heç vaxt müsəlman ölkələri ilə dost ola bilməz. Mən müsəlman ölkələrinin rəhbərlərinə bildirirdim ki, sizin əl sıxdığınız insanlar müsəlman məscidlərini dağıdan, məhv edən, orada donuz, inək saxlayanlardır.

Zəngilan məscidlərindən birində donuz saxlayırdılar. Pənah Əli Xan Sarayını tövləyə çeviriblər.

Bunu qəsdən ediblər. Heyvanları başqa yerdə saxlamaq olmazdımı? Görün, müsəlmanlara qarşı nə qədər nifrətləri böyükdür. Bunu edən əxlaqsızlar, cinayətkarlar bəzi müsəlman ölkələrinin liderləri ilə görüşüb, dostluq, əməkdaşlıqdan danışırlar. Bu, bütün müsəlman aləminə təhqirdir”.

Prezident bildirib ki, işğaldan azad edilən torpaqlarda 67 məscid var idi: “Onlardan cəmi biri nisbətən salamat vəziyyətdədir. Qalanları ya tam dağıdılıb, ya da böyük hissəsi dağıdılıb. Biz bütün məscidləri bərpa edəcəyik. İslam ölkələrin nümayəndələri bu məsələ ilə bağlı öz təkliflərini verirlər. Bu yaxında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) nümayəndələri Ağdama səfər etdilər. ICESCO-nun baş katibi ilə görüş əsasında belə bir təklif edildi ki, təşkilat bizim tarixi abidələrimizin bərpası işində öz rolunu oynaya bilər. Biz bunu alqışlayırıq. Biz bərpa işlərini İslam həmrəylik bayramına çevirməliyik. Müsəlman ölkələri arasındakı birlik, həmrəylik hamımıza lazımdır”.

Rəy bildir

three × 3 =