Əsas səhifə Mədəniyyət Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş aşıq sənəti üzrə onlayn ustad dərslər təşkil edilib

Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş aşıq sənəti üzrə onlayn ustad dərslər təşkil edilib

admin
42 Oxunub

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Aşıqlar Birliyinin əməkdaşlığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamına uyğun olaraq cari ilin 03-05 mart tarixlərində “Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş” peşəkar müəllimlər tərəfindən aşıq sənəti üzrə onlayn ustad dərslər təşkil edilib.

Ustad dərslərinin keçirilməsində əsas məqsəd Aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgər sənətinin təbliği, qədim və müasir el havalarının öyrənilməsi və qorunması, uşaq və gənclərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bu işin ölkənin regionlarında daha da canlandırılmasının təmin edilməsinə dəstək verilməsindən ibarətdir.

Ustad dərslər Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, Aşıqlar Birliyinin katibi, əməkdar mədəniyyət isçisi Musa Nəbioğlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin müəllimi, əməkdar mədəniyyət isçisi, filologiya elmlər üzrə fəlsəfə doktoru, dosent Nemət Qasımlı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimov və Fəzail Orucov tərəfindən keçirilib. Tədbirdə respublika üzrə 9-20 yaş arası 200 nəfər gənc aşıq iştirak edib.

Qeyd edək ki, Respublikada ilk dəfə olaraq keçirilən və üç gün davam edən ustad dərsləri onlayn platformada həmçinin facebook səhifəsində canlı yayımlanıb, Youtube səhifəsində gənc aşıqların müsabiqə üçün göndərilən videoçarxlarına geniş auditoriya tərəfindən 66 000 izləmə qeydə alınıb. Ustad dərsləri “Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı Gənc Aşıqlar onlayn Respublika müsabiqəsinin çərçivəsində keçirilib. “Ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş xüsusi mükafat” nominasiyası üzrə də xüsusi mükafatlandırma keçirilib.

Rəy bildir

19 + eight =