İnformasiya təhlükəsizliyinizi hədəf alan təhlükəli viruslar

5
168

Virus, komputer istifadəçisinin məlumatı və icazəsi xaricində olan, komputerə zərər vermək məqsədi ilə kompüterin iş prinsipini dəyişdirən, bir sıra sənədlər içərisində gizlənə bilən və təmizlənmədikcə komputeri sanki ələ keçirən bir növ komputer proqramıdır. Komputer virusları tez-tez zərər vermək üçün istifadə olunsa da, əslində iki əsas vəzifə üçün hazırlanır; Bunlar virusun işə salınması və özünü yenidən qurma qabiliyyətidir.

Virus komputerə necə yayılır ?
İnternet vasitəsi ilə bir sıra web saytlarından endirdiyiniz proqramlar, aldığınız fayllar, e-poçtanıza gələn açdığınız maillər və güvənilməyən bir saytda daxil olduğunuz hər hansı bir linkdən komputerinizə virus bulaşa bilər.

Son zamanlar ən çox yayılmış viruslar sırasında Troyanlar, Soxulcanlar, Rootkitlər,Casus proqramların adını çəkmək olar. Ziyanverici proqramların əsas xarakterik xüsusiyyətləri gizli formada yayılması və sistemə sızması, özünü gizləməsi və istifadəçinin xəbəri olmadan kompüterə ziyan vuraraq məlumatları oğurlamasıdır.

Ziyanverici viruslardan necə qorunmaq olar ?

Kibercinaykarlar hər zaman proqramlardakı boşluqlardan bacarıqla istifadə etməyə cəhd göstərirlər. Buna görə də,

Müntəzəm olaraq antivirus və anticasus poqram təminatlarını, əməliyyat sistemlərini, mətn prosessorlarını və digər proqramları yeniləyin; Proqramların avtomatik yenilənmə funksiyasını aktiv edin;
İstifadə etmədiyiniz proqramları qurğularınızın əməliyyat sistemindən silin.

Mürəkkəb şifrələrdən istifadə edin və onları gizli saxlayın:
Mürəkkəb şifrə – minimum 10 simvoldan ibarət olmalı, həmçinin tərkibində hərf, rəqəm və başqa simvolların birləşməsini saxlamalıdır;
Şifrənizi başqa şəxslərlə bölüşməyin və onları İnternet vasitəsilə ötürməyin;
Eyni şifrəni bir neçə sosial şəbəkə və ya e-poçt hesabında istifadə etməyin. Çünki şifrəniz dələduz tərəfindən ələ keçirildiyi zaman bu sizin bütün hesablarınızın oğurlanması ilə nəticələnə bilər.
Firewall-u heç vaxt deaktiv etməyin:
Firewall kompüteriniz və İnternet arasında müdafiə səddi rolunu oynayır. Onun 1 dəqiqəlik belə sönməsi kompüterin ziyanvericiyə yoluxma riskini dəfələrlə artırır.
USB yaddaş qurğularından istifadə edərkən diqqətli olun:
Kompüterinizə naməlum USB tipli yaddaş qurğularını qoşmayın;
USB yaddaş qurğusundakı naməlum faylları açmayın;
USB yaddaş qurğularının kompüterə qoşulması zamanı avtomatik açılması prosesini sistemin sazlamaları bölməsindən deaktiv edin.

5 ŞƏRH

  1. Здравствуйте!
    Занимаемся комплексным продвижением в интернете.
    – Настройка/оптимизация контекстной рекламы в Google AdWords + КМС и Яндекс Директ + РСЯ
    – Настройка Таргетированной рекламы В соц.сетях
    – SEO продвижение Вашего сайта на первые позиции в поиске по заданным ключевым словам.
    Чем именно можем быть полезны?
    Для связи, Email: bernatovich.v@list.ru

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin