Network marketinq və Azərbaycan reallıqları

0
159

Cavidan Qasımlı

Gəlin əvvəlcə haqqında eşitməyənlər üçün qısa birməlumat verək. Demək, Netvork Marketing satışın tövsiyə məntiqinə dayanmış bir formasıdır. Yəni ki, bir məhsulu alırsınız, istifadə edib faydasını başqalarına danışırsınız və danışdığınız adamların alışından pul qazanırsınız. Burada belə bir system formalaşır ki, hamı özündən bir sonrakıların satışından pul qazanır. Beynimizdə analiz etsək, görərik ki, həqiqətən də pul qazanmaq üçün heç də pis bir vasitə deyil. Gəlin baxaq görək iş tapmağın günü-gündən çətinləşməkdə olan bir zamanda Netvork Marketingin durumu nə yerdədir?

Hal-hazırda ölkəmizdə bir neçə Netvork Marketing şirkəti fəaliyyət göstərir amma deyərdim ki, fəaliyyətləri heç də ürəkaçan deyil. Yaxşı, бəs problem nədədir? Niyə dünyanın inkişaf etmiş qabaqcıl ölkələrində bu sahə geniş yayılıb ancaq ölkəmizdə çox zəif inkişaf edir?

Mənə görə, bu sahədə üzərində ciddi şəkildə iş görüləcək bir neçə problem  var.

Netvork marketing şirkətləri xarici şirkətlər olduğu üçün məhsulları ölkəmizə dollarla gəlir ki, bu da bizim üçün çox baha qiymətlərin yaranmasına gətirib çıxarır. Düzdür qiymətlər bahadır, lakin bu məhsulların alıcısı yoxdur demək deyil. ( Bu arada onu deyim ki, Netvork marketing məhsulları çox kefiyyətli olur.) Sadəcə markalar insanların güvənini qazanmayıb deyə o məhsulları satmaq çətin olur. Baxın bu iş tövsiyə satışıdırsa, Netvork marketingə başlayanlar varlı olmalıdır ki o məhsulları bolluca istifadə etsin bir sözlə o məhsullarla hava atsın. Təəssüflər olsun ki, bu, Azərbaycan reallıqlarına uyğun deyil. Gəlin, bu sahəni ölkə reallıqlarına uyğunlaşdırmağa çalışaq.

Şəkildə sistemin necə olduğunu görürsünüz. Biz bunu azacıq tövsiyə marketingindən uzaqlaşdıracıq.

Deməli şəkildə başda olan fərz edək ki, ölkəyə Netvork Marketingi gətirən şəxsdir. Bu şəxsin işi o olmalıdır ki, özündən sonrakıların işini ən rahat formaya gətirsin ki, komanda böyüsün. Daha çox dövriyyə olsun, amma o şəxslərin məhsulu çətin satma kimi bir problemi var ki, bu problem aradan qaldırılsa yəni ki, o məhsulları satmaq asanlaşsa daha çox adam komandaya qoşular və böyük pulllar dövr edər. Demək başdakı adam bütün diqqətini komandasının işini necə ən rahat formaya gətirə bilər onu düşünməlidir.

 Bayaq dediyim kimi ən böyük problem məhsulların çətin satılmasıdır. Demək diqqət yetirməli olduğu yer məhsulların düzgün hədəf kütləsinə reklam olunmağını təmin etməkdir. Biz bura İnfluencer marketing tətbiq etsək bu məhsulları düzgün hədəf kütləsinə reklam edəcək influencerlər tapsaq onlar məhsulların tanınmasında ciddi şəkildə rol almış olarlar.

Eləcə də məhsulların satışının artmasında rolu olacaq müxtəlif marketing hiylələrri tətbiq edilsə, məhsullar hamının haqqında danışdığı məhsullar səviyyəsinə gələr.İndi yaxşı yaxşı düşünün Netvork Marketingə başlayırsınız və görürsünüz ki, doğrudan da bu şirkətin məhsullarına tələbat var. Yəni ki sizin məhsulları satanmamaq kimi bir qorxunuz olmayacaq və yetərincə adama tövsiyə edib komandanın onunla yanaşı dövriyyənin artımını təmin edəcəksiniz. Əgər Netvork Marketing Azərbaycanda bu mərhələni keçsə, daha sonra əsl tövsiyə marketingi kimi davam edə bilər.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin