Əsas səhifə Sosium Gömrük Akademiyasının 4 tələbəsi ABŞ-da ölkəmizi təmsil edib

Gömrük Akademiyasının 4 tələbəsi ABŞ-da ölkəmizi təmsil edib

admin
139 Oxunub

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Turan Abbasov, Murad Alızadə, Etibar Qarayev və Günel Məmmədzadə 31 mart-6 aprel tarixlərində Vaşinqtonda Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan dünyanın ən böyük məhkəmə müsabiqəsi “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində Azərbaycanı təmsil ediblər.

Azərbaycanda “Philip C. Jessup”ın ilk milli raundları məhz Akademiyanın komandasının yarışa qoşulması ilə mümkün olub.

Akademiyanın komandası 4 raundda xüsusi uğur əldə edərək, raund tam başa çatmadan bütün hakimlər tərəfindən qalib elan edilib.Azərbaycanın müsabiqədə təmsil olunduğu müddət ərzində ilk dəfə məhz Akademiya komandasının iki üzvü eyni raundda 80 baldan daha yüksəkqiymətləndirilib. Komanda ümumilikdə34 ölkə arasında 17-ci yerə layiq görülüb.

Bu müsabiqə Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin (InternationalCourt of Justice) simulyasiyasıdır və hər il müsabiqədə 100-dən çox ölkədən 3000-dək tələbə iştirak edir.

Rəy bildir

two × 4 =


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/itovsrms/public_html/wp-includes/functions.php on line 4609