İnformasiya təhlükəsizliyinin önəmi və diqqət edilməli tərəfləri

0
215

İnformasiya Təhlükəsizliyi nədir ?

Hazırda bir çox kommersiya şirkətləri və dövlət qurumları işlərini uğurla davam etdirmək üçün intensiv şəkildə məlumat bazalarından istifadə edirlər. Zaman keçdikcə informasiyanın əhəmiyyəti artır və təkcə etibarlı bir şəkildə saxlanması və yerləşdirilməsi kifayət etmir, eyni zamanda bir yerdən digər bir yerə nəql edilməsi qaçılmaz bir ehtiyac halına gəlmişdir. Məlumata olan bu asılılıq öz növbəsində informasiyanın qorunması ehtiyacını yaratmışdır. Bu mənada informasiya, təşkilatların sahib olduğu varlıqlar arasında çox əhəmiyyətli bir dəyərə malikdir. Məlumata qarşı mümkün təhdidlər, məlumatın silinməsi, bütövlüyünün və ya məxfiliyinin zərər görməsi, məlumat bazasının pozulmasına və bununlada işlərin axsamasına səbəb olur.

Məlumat, təşkilatın digər varlıqları kimi mühüm əhəmiyyət daşıyan və bu səbəblə də ən yaxşı şəkildə qorunması lazım olan bir varlıqdır. İnformasiya təhlükəsizliyi; Təşkilatın işlərinin davamlılığının təmin edilməsi, işlərdə meydana gələ biləcək problemlərin azaldılması və investisiyalardan gələcək faydanın artırılması üçün informasiyanın geniş miqyaslı təhdidlərdən (təhlükələrdən) qorunmasını təmin edir.

Məlumat bir çox formada, kağız üzərində yazılı, elektron, və ya insanlar arasında şifahi olaraq ifadə edilə bilər. Məlumatın hansı formada olmasından asılı olmayaraq mütləq uyğun bir şəkildə qorunmalıdır. İnformasiya təhlükəsizliyinin təmin olunması informasiyanın məxfiliyinin, bütövlüyünün və ehtiyac olduğu anda istifadəyə açıq olmasının lazımi səviyyədə təmin edilməsi ilə mümkündür.

Məxfilik (Confidentiality)

Bütövlük (Integrity)

İnformasiyanın əlçatan olması(Availability)

Məxfilik dedikdə məlumatlara səlahiyyətsiz şəxslərin daxil olmalarının qarşısının alınması nəzərdə tutulur. Bütövlük, məlumatın səlahiyyətsiz şəxslər tərəfindən dəyişdirilməsi, silinməsi və ya hər hansı bir şəkildə xəsər yetirilməsinin qarşısının alınması, informasiyanın əlçatan olması isə səlahiyyətli şəxslər tərəfindən ehtiyac duyulduqda istifadəyə hazır vəziyyətdə olması deməkdir.

Yuxarda sadalanan 3 ünsürün hər hansı birinin təmin edilə bilməməsi informasiya təhlükəsizliyinin təşkil edilə bilməməsi halı kimi qeyd oluna bilər.

Müəllif: Rəşad İbrahimov

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin