Azərbaycana yatırılan xarici investisiyalar artıb

0
93

2019-cu ilin yanvar-mart aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 882,7 milyon manat vəsait yönəldilib. “Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 801,3 milyon manatı (90,8%-i) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, İsveçrə, Yaponiya, Malayziya Çexiya, İran, Rusiya və Norveç sərmayədarlarına məxsus olub. Xarici sərmayəçilərin fəallığının yüksəlməsində ölkəmizdə yürüdülən təşviqedici biznes, vergi-gömrük və investisiya siyasəti mühüm əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, respublikamızda fəaliyyət göstərən xarici investorların sayı və onların iqtisadiyyatın qeyri-neft sahələrində təmsil olunma coğrafiyası artır. Hazırda respublikamızda xarici investisiyalı hüquqi şəxslərin sayı 9934-ə bərabərdir, onlardan 2511-i xarici hüquqi şəxsin filial və nümayəndəlikləri, 2347-si birgə mülkiyyətli hüquqi şəxslər, 5076-sı isə tam xarici investisiyalı hüquqi şəxslərdir. Bu, Azərbaycanda xarici investorların fəaliyyəti üçün yaradılmış əlverişli şəratin yaradıldığını təsdiqləyir. Xarici şirkətlərin 32,1 faizi Türkiyəyə məxsusdur. Rusiya, Böyük Britaniya, ABŞ və Fransaya məxsus investisiyalı müəssisələrin sayı da az deyil. Koreya Respublikası, Yaponiya, İran, Belarus, Litva, Latviya, İtaliya və digər ölkələrin şirkətlərinin sayında son vaxtlar artım qeydə alınıb.  Həmin şirkətlər Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə, qeyri-neft sənayesində podratçı, subpodratçı qismində də fəal iştirak edirlər.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin