Özəl sektorda çalışanların sayı artır

0
124

2019-cu ilin birinci rübündə Azərbaycanda muzdla çalışanların sayı artaraq 1 milyon 534,3 min nəfəri ötüb. Muzdlu işçilər arasında dövlət sektorunda çalışan işçilərin sayı 2,5% azalıb, ancaq özəl sektorda çalışanların sayı isə 6, 4% artıb. Qeyri-dövlət sektorunda çalışanların sayında artım daha çox tikinti-quraşdırma sahələrini əhatə edib. 2019-cu ilin dövlət büdcəsindən tikinti-infrastruktur və investisiya layihələrinə ayrılan vəsaitlərin həcminin artması, özəl sektorun tikintiyə və eyni zamanda, xidmət infrastrukturlarına böyük həcmli investisiyalar yatırması həmin sahələrdə işgüzar fəallığın artmasına səbəb olub. Nəticədə özəl sektorda işləyən insanların sayında artım qeydə alınıb.
İqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, özəl bölmənin inkişafında son illərdə qanunvericilik bazasının təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, yoxlamaların ləğv edilməsi, lisenziya və icazələrin sayının, eləcə də vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, güzəştli kreditlərin verilməsi və digər tədbirlər mühüm rol oynayıbdır. Son bir ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin qeydiyyatının tamamilə elektronlaşdırılması, eləcə də tikintidə icazələrin verilməsi və daşınmaz əmlak sahələrində prosedur, müddət və xərclərin azaldılması, aparılan digər islahatlar özəl sektorda yeni müəssisələrin yaranmasına, əlavə iş yerlərinin yaranmasına səbəb olubdur. Bu amillər özəl sektorda çalışan işçilərin sayının artmasına müsbət təsir göstərir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin