“Ər-Riyad” qəzetində Azərbaycanda gedən inkişaf prosesləri haqqında məqalə dərc olunub

0
107

Səudiyyə Ərəbistanının “Ər-Riyad” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin “Azərbaycan…İnkişaf davam edir” adlı məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə aprelin 6-da Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsindən bəhs olunur, əhalisinin artım tempinə görə ölkəmizin təkcə MDB məkanında deyil, eyni zamanda, Avropada qabaqcıl yerlərdən birini tutduğu vurğulanır.

Əhalinin artım tempinin sosial-iqtisadi inkişafın əldə edilməsi istiqamətində Azərbaycanın yürütdüyü siyasətin nəticəsi olduğu vurğulanır. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın 35-ci yerdə qərarlaşdığı qeyd edilir. Son 15 ildə Azərbaycan iqtisadiyyatının 3 dəfədən çox böyüdüyü və son 9 ildə isə ölkə əhalisinin sayının bir milyon nəfər artdığı oxucuların diqqətinə çatdırılır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin