İranlı generaldan qonşu ölkələrə XƏBƏRDARLIQ

0
53

İrana qarşı aparılan müharibə bütün region ölkələrinə baha başa gələ bilər. Bunu  İran İslam Respublikasının “Xatəmul Ənbiya” qərargahının komandiri general-mayor Qulam Əli Rəşid  bəyan edib

“Biz ümid edirik ki, qonşu ölkələr ABŞ-ın və israillilərin maraqlarına uyğun gələn addımlar atmaqdan çəkinəcəklər. Bu kimi addımlar regionda gərginliyin artmasına və müharibə ocaqlarının yaranmasına səbəb olar və bütün region ölkələrinə baha başa gələr”.

O bildirib ki, İran regionda müharibə arzulamır: 

“Çünki, bu ABŞ-ın və sionist rejimin maraqlarına xidmət edərdi, lakin biz lazım gələrsə  hər zaman təcavüskara qarşı dayanmaq gücünə malikik”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin