Sumqayıtda 21 top mərmisi tapılıb

0
43

Sumqayıt şəhərində 21 ədəd top mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, mayın 7-si saat 10:06-da Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Sumqayıt şəhəri ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 26 ədəd tərkibində müxtəlif miqdarda partlayıcı maddə olan top mərmilərinin qalıqları (5 ədəd 76 mm-lik top mərmisi (OF-350) və 21 ədəd 85 mm-lik top mərmisi (O-365)) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin