Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsinə 300 min manat ayrılacaq

0
45

Prezident İlham Əliyev Azərbaycan Respublikasında müharibə veteranlarına dövlət qayğısını artırmaq məqsədilə dövlət büdcəsindən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına 300 min manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.

Müvafiq sərəncam mayın 7-də imzalanıb.

Vəsait təşkilatın maddi-texniki bazasının gücləndirilməsinə və onun fəaliyyəti ilə əlaqədar cari məsələlərin həllinə yönəldiləcək.

Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin