Vətəndaşların 72 faizindən çoxu kompensasiyalarını alıb

0
118

Aprelin 22-dən start verilən dollar kreditləri üzrə kompensasiyaların ödənişi nəzərdə tutuldulduğundan da sürətlə davam etməkdədir. İndiyədək vətəndaşların 72%-dən çoxu  kompensasiyaları alıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Orxan İsmayılovun sözlərinə görə, prosesin başlandığı15 gün ərzində 432 677 nəfərə ödəniş edilib. Ödəniş olunacaq 170 min nəfərin kompensasiyası yaxın 15 gün ərzində tamamlanacaq. Qeyd edək ki, problemli kreditlər əldə edəcək vətəndaşların sayı 602 min 347 nəfərdir. ə kompensasiya ödənilməlidir. Bunlardan isə 432 677 nəfərə ödənişin həyata keçirildiyi son 15 gün ərzində pul ödənilib. Artıq fərmanın restruktizasiya ilə bağlı hissəsinin icrasına başlanılıb.
Adları kredit alanların siyahısında olmayan vətəndaşların problemi Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasında araşdırılıb, onların bir hissəsinə ödənişin verilməsi barədə qərar qəbul edilib. Apelyasiya Komissiyası dövlət başçısının müvafiq fərmanında nəzərdə tutulmuş qaydalara və meyarlara uyğun olmayan şəxslərə isə kompensasiya ödəməkdən imtina edib. Həmin şəxslər əgər onlar barəsində ədalətsiz qərar çıxarılıbsa məhkəməyə müraciət etməklə hüquqlarını bərpa edə bilərlər.
Kreditlərlə bağlı işləri məhkəmələrdə olan vətəndaşların da böyük bir qisminin bu narahatlığına son qoyulub. Palatanın təqdim etdiyi sənədlərə əsasən, indiyə qədər 43,3 min məhkəmə işinə xitam verilib. Hazırda digər vətəndaşların işləri üzrə məhkəmə sənədlərinə də baxılır və mayın sonunadək onların da işlərinə xitam veriləcək. Bu prosesdən sonra artıq adı indiyədək “qara siyahı”da olan vətəndaşların kredit tarixçələri də təmizlənəcək və onlar etibarlı kreditor kimi tanınacaq. Bununla bağlı vahid müqavilə də hazırlanır. Müqavilə yeni və güzəştli şərtlərlə kreditlərin əldə edilməsinə imkan verəcək. Banklar vətəndaşların kredit tarixçəsinin yaxşılaşmasından sonra onlara olan inam və etibarın bərpası fonunda onları “qara sıyahı”dan çıxaracaq və kreditlərə əlçatanlıq imkanı olan qrupa daxil edəcək.

E.Cəfər

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin