“Səbail” Azərbaycan yığmasının hücumçusu ilə yollarını ayırıb

0
33

Bakının “Səbail” klubu futbolçusu Ruslan Qurbanovla yollarını ayırıb.

ONA-nın məlumatına görə, Topaz Premyer Liqasının bürünc mükafatçısı ilə Azərbaycan yığmasının 27 yaşlı milliləşən legioneri ilə arasında müqavilə başa çatıb.

Tərəflər anlaşmanı uzatmamaq, yollarını ayrılmaq barədə qərara gəliblər.

Qeyd edək ki, 2018-ci ilin yayında “Səbail”ə keçən R.Qurbanov paytaxt klubunda 23 oyunda 3 qol vurub.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin