“Təzə Bazar” yenidən qurulacaq

0
108

Bakının Səməd Vurğun küçəsində yerləşən “Təzə Bazar” adlanan iaşə obyektində əsaslı yenidənqurma işləri aparılacaq.

Bu barədə “SkyscraperCity Azerbaijan” səhifəsində məlumat verilib.

Məlumatda yeni dizayn təkliflərinin azərbaycanlı memar Nəriman İmamalıyev tərəfindən verildiyi bildirilir. Təklif verilməsinə baxmayaraq, hələ yekun dizaynla bağlı qərar verilməyib.

Qeyd edək ki, 2017-ci ildə “Vergilər” qəzetində “Təzə bazar” Ticarət Mərkəzinin bağlandığına dair məlumat yayılmışdı. Bildirilirdi ki, “Təzə Bazar” MMC ləğv olunduğunu elan edib. Daha sonra bazarın bir hissəsinin fəaliyyətini davam etdirdiyi məlum olmuşdu.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin