İranda iki zəlzələ baş verib

0
91

İranın qərbində yerləşən Kirmanşah vilayətində 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd deyib.

P.Kulivəndin sözlərinə görə, zəlzələni qiymətləndirmək üçün bölgəyə qruplar ezam olunub.

Zəlzələ nəticəsində itki olmayıb.

Başqa bir zəlzələ isə İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətində baş verib. Zəlzələnin gücü 4,2 bal olub.

Zəlzələnin tələfatı barədə məlumat verilmir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin