Terrorçular Pakistanda otelə hücum ediblər

0
42

Bir qrup terrorçu Pakistanın Bəlucistan əyalətinin liman şəhəri Qvadarda yerləşən 5 ulduzlu “Pearl Continental Hotel”ə silahlı hücum edib.

ONA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, otel təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb, ərazidən silah səsləri eşidilir.

Pakistan rəsmiləri oteldəki əcnəbi və yerli sakinlərin təhlükəsiz şəraitdə təxliyə ediləcəyini bildiriblər. Rəsmilər yaralıların olması faktını da təsdiqləyiblər.

Terror aktına görə məsuliyyəti üzərinə götürən olmayıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin