BƏƏ-də limanda güclü partlayışlar olub, 7 neft tankeri yanıb

0
39

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra limanında bir neçə güclü partlayış baş verib, ən azı 7 tankerdə yanğın başlayıb.

ONA-nın məlumatına görə, bu barədə “al-Mayadeen” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.

Partlayışlar yerli vaxtla saat 4.00-7.00 aralığında ardıcıl baş verib, daha sonra tankerlərdə yanğın başlayıb.

Partlayışın səbəbi hələ müəyyənləşdirilməyib. Şahidlər liman üzərində ABŞ və Fransa hərbi təyyarələrinin uçduğunu bildiriblər.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin