Bakıda dəyəri 160 min dollar olan BMV aşıb

0
163

Ötən gün Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib.

“Report” xəbər verir ki, sürətlə hərəkətdə olan “M5 Competition Package” markalı avtomobil döngəyə sərt girərək idarəetmədən çıxıb və nəticədə aşıb.

Qəzanın dəqiq hansı şəraitdə baş verdiyi məlum deyil.

Hadisənin şəkilləri sosial şəbəkələrdə yayılıb.

“M5 Competition Package” yeni nəsil “BMW M5” avtomobillərdəndir. O, 3,3 saniyəyə 100 km/saat sürət yığmaq imkanına malikdir. Qiyməti 160 min dollar civarındadır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin