Elmar Məmmədyarov: “Cənub Qaz Dəhlizinin coğrafi baxımdan genişləndirilməsi üzərində düşünürük”

0
82

Cənub Qaz Dəhlizi layihəsinin coğrafi baxımdan genişləndirilməsi üzərində düşünürük.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “Şərq Tərəfdaşlığı” Xarici İşlər nazirlərinin mayın 13-də Brüsseldə keçirilən görüşündə deyib. 

“Enerji sahəsində biz Cənub Qaz Dəhlizinin (CQD) həyata keçirilməsi vasitəsilə strateji tərəfdaşlığımızı davam etdiririk. Bu layihə üzrə aparılan işlərin əsas hissəsi artıq yekunlaşdırılıb.Trans-Adriatik Boru kəməri (TAP) isə inşa olunmasının ən son mərhələsindədir. Biz həmçinin Qaz Dəhlizimizin coğrafi baxımdan genişləndirilməsi üzərində düşünürük. Lakin daha çox öngörülə bilən şərait Aİ-yə Azərbaycandan olan daha böyük həcmdə təbii qazı cəlb edə bilər. Elə buna görə də Dəhlizin növbəti mərhələlərdə inkişafı üçün Aİ tərəfindən öngörülə bilən qaydaların təmin edilməsi çox vacibdir. Bu fürsətdən istifadə edərək Qaz Dəhlizinin Azərbaycan və Aİ-nin birgə uğuruna çevrilməsi məqsədilə bəzi Avropa paytaxtlarından olan həmkarlarımızı əlindən gələni əsirgəməməyə çağırmaq istərdim”, – nazir qeyd edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin