İcbari tibbi sığorta kimlər üçün pulsuz olacaq?

0
86


Məlum olduğu kimi 2020-ci il yanvarın 1-dən Azərbaycanda tam şəkildə icbari tibbi sığorta tətbiq olunacaq. Hazırda Yevlax və Mingəçevirdə qeydiyyatda olan şəxslər bu xidmətlərdən ödənişsiz yararlana bilirlər. Məlum olduğu kimi mart ayında ayrı-ayrı sosial qrupa aid əhali üçün ödəniləcək illik sığorta haqlarının məbləği müəyyən edilib. İcbari tibbi sığorta sahəsində nəzarəti həyata keçirmək üçün Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yardılıb.

Tibbi sığortanın hansı əhəmiyyəti var?
Məlumdur ki, hazırda Azərbaycanda tibbi xidmətlərin səviyyəsi əhalini tam qane etmir. Bu sahədə həm xidmətin səviyyəsinin qənaətbəxş olmaması, həm də şəffaflıqla bağlı problemlərin qalması dünya ölkələrində ən yaxşı və əvəzsiz model olan icbari sığortanın tətbiqini meydana çıxarıb. Azərbaycan artıq pilot layihə kimi bu modeli Mingəşevir şəhərində və Yevlaxda tətbiq edir və nəticələr hamını razı salır. Təhlillər göstərir ki, İTS tibbi xidmətlərin keyfiyyətinə də nəzarət edilməsinə, həkimlərin məsuliyyətinin artırılmasına, insanların səhiyyə xidmətlərin çatımlılığının təmin edilməsinə şərait yaradır. Ona görə də, 2020-ci il yanvarın 1-dən bütün ölkə ərazisində bu layihənin geniş tətbiqinə başlanılacaq.
İcbari tibbi sığorta baza və əlavə zərflərdən ibarətdir. Baza zərfinə 1829 adda tibbi xidmət (480-i ambulator, 677- si stasionar, 18-i ilkin səhiyyə, 6-sı təcili və təxirəsalınmaz tibbi yardım, 23-ü isə fizioterapevtik xidmətlər) daxildir. İlkin İTS zərfinə daxil olan xidmətlər (təcili və təxirəsalınmaz tibbi yardım, habelə stasionar müalicə) zamanı istifadə olunacaq dərman vasitələri və tibbi ləvazimatlar baza zərfinə daxildir. Baza hissədən Azərbaycan Respublikasının vətəndaşları, ölkəmizdə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə edə bilərlər. Baza hissədən istifadə pulsuzdur və bu xidmətlər üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək.
Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə icbari tibbi sığorta haqqı ödənilməlidir. Qaydalara əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və özüməşğul əhali qrupu üçün tibbi sığorta ödənişlərinin illik məbləği 120 manat olacaq.
Əhalinin bəzi sosial kateqoriyaları isə bu xidmətdən pulsuz istifadə edəcəkdir. Bu, təxminən ölkə əhalisinin 45 faizini təşkil edir. Həmin sosial qrupa uşaqlar, tələbələr, pensiyaçılar, sosial müavinət və ünvanlı sosial yardım alan şəxslər, hamilə və sosial məzuniyyətdə olan qadınlar daxildir. Həmin şəxslər üçün sığorta haqqının dövlət büdcəsi tərəfindən ödənilməsi nəzərdə tutulub.

E.Cəfər

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin
Adınızı daxil edin